Az En RU

Qaydalar və şərtlər

Bilet sahibi növbəti şərtləri qəbul etdiyini və yerinə yetirməyə razılaşdığını təsdiq edir.
1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün hüquqlar qorunur. Siz bu saytda olan məlumatları istifadə etdikdə, istifadə etdiyiniz mənbəni qeyd etməlisiniz. 2004-2008 Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. Bu saytdan istifadə edərkən hər hansı texniki problemlə qarşılaşdıqda, zəhmət olmasa, müraciətinizi ipr@affa.az elektron poçtuna göndərin.
2. Bilet geri qaytarıla bilər. Digər mümkün vasitələrlə (bu Qayda və şərtləri pozan hər hansı şəxsə qarşı tətbiq olunacaq hüquqi vasitələr də daxil olmaqla) yanaşı Səlahiyyətli şəxslərin biletləri ləğv etmək və ya geri qaytarılmasını tələb etmək hüququ və / və ya biletləri qəbul etməkdən imtina etmək və ya geri qaytarılmadan stadiondan bu qayda və şərtləri pozan şəxsi uzaqlaşdırmaq hüquqları var.
3. Bilet sahibləri hər hansı zədəyə, itkiyə və ya zərərə görə meydana çıxa biləcək istənilən və bütün məsuliyyəti qəbul edir
4. Hər bir bilet sahibi (əgər bilet sahibi yetkinlik yaşına çatmayıbsa, onun nümayəndəsi) AFFA və ya onun nümayəndələrinə (istənilən məqsədlə) ödənişsiz olaraq tədbirlə əlaqədar olaraq çəkilmiş, yazıya alınmış səsinin, şəklinin, görüntüsünün, video çəkilişdə, canlı yayımda və ya digər kütləvi nümayiş vasitələrində istifadəsinə geri götürülməsi mümkün olmayan qaydada razılığını verir.
5. Bilet sifariş edən və ya istifadə edən hər bir şəxs onun biletdən istifadəsinə və stadiona girişinə şərait yaratmaq üçün sifariş blankında qeyd etdiyi şəxsi və digər məlumatlarının səlahiyyətli şəxslər tərəfindən istifadəsinə razılıq vermiş hesab olunur.
6. Yalnız bileti alan və ya onun tərəfindən təmsil etmək və ya müşaiyət etmək üçün təyin edilmiş şəxslər biletdən istifadə edə bilər. Nə alıcı, nə də onu müşaiyət edən şəxslər bileti AFFA-nın razılığı olmadan sata və ya başqasına verə bilər. Yazılı razılıq Bilet satışı qaydalarına müvafiq olaraq verilmiş olmalı və əsassız olaraq geri götürülmüş olmamalıdır. Hər bir halda təhlükəsizlik məqsədləri üçün səlahiyyətli şəxslər biletə hüququ olan şəxs kimi qeydiyyatdan keçməmiş şəxslərin stadiona daxil olmasına icazə verməyə bilər.
7. Satılmış heç bir bilet geri qaytarılmır. Səlahiyyətli şəxslər yalnız onlar tərəfindən və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda biletlərə görə kompensasiya ödəyir. Əgər kompensasiya müəyyən edilibsə, digər heç bir xərcin əvəzi ödənilmir. Biletlər itirildikdə, zədələndikdə, oğurlandıqda yenisi ilə əvəz olunmur.
8. Biletlər AFFA-nın yazılı razılığı olmadan reklam, satış və ya başqa kommersiya məqsədi üçün istifadə oluna bilməz (Satış üçün təklif etmək, qonaqpərvərlik paketinin bir hissəsi kimi istifadə etmək, yarışda hədiyyə olaraq istifadə etmək, kiçik yarışlarda istifadə etmək olmaz.) Əgər biletlər razılıq olmadan belə məqsəd üçün istifadə olunarsa, bu biletlər ləğv oluna bilər və bu bilet sahiblərinin stadiona girişi qadağan oluna bilər.
9. Tədbirin normal, qayda-qanuna uyğun keçirilməsi və təhlükəsizlik məqsədləri üçün bilet sahibi AFFA-nın təhlükəsizlik heyətinin, polisin və stadion inzibatçısının göstərişlərinə əməl etməlidir. Səlahiyyətli şəxsin göstərişi olduqda bütün şəxslər şəxsiyyətini təsdiq edən sənəd təqdim etməli, şəxsi əşyalarını yoxlamaq üçün şərait yaratmalı, qadağan olunmuş əşyaları müsadirə üçün verməli və şəxsi baxışdan keçməlidirlər.
10. Tədbirin keçirildiyi hər hansı silah mənşəli əşya və ya açıq-aydın reklam, kommersiya, siyasi və ya dini xarakter daşıyan əşyaların – bannerlər, nişanlar, simvollar və ya bukletlərin gətirilməsi qadağandır.
11. AFFA əvvəlcədən nəzərə alına bilinməyən hallarda – fors major, təhlükəsizliklə bağlı hallar, bu hallarla bağlı səlahiyyətli orqanın qərarı olduqda – tədbirin vaxtını, tarixini və yerini dəyişmək hüququnu özündə saxlayır. Tədbirin vaxtında, tarixində və yerində dəyişiklik olarsa, biletin sahibi, mümkün olduğu halda, əvəlki biletlə eyni kateqoriyada olan digər biletlə təmin olunmaq hüququna malikdir. Əgər tədbir və ya yenidən təşkil olunmuş tədbir ləğv olunarsa və ya yenidən təşkil olunmuş oyun üçün bilet olmazsa, əvvəlki biletin sahibinə biletin dəyəri həddində kompensasiya ödəniləcək. Xidmət haqqı geri qaytarılmır. Əgər bilet itmiş elan olunarsa, dəyişdirilərsə və ya saxtlaşdırılarsa, etibarsız hesab olunacaq.
12. Əgər bu müddəa və şərtlərin hər hansı şərti səlahiyyətli məhkəmə tərəfindən tətbiq olunmaz sayılarsa, həmin etibarsız şərt qüvvədə qalacaq. Başqa sözlə, həmin etibarsız şərt „əvvəlcədən nəzərdə tutulmamış“ kimi sayılacaq.
13. Bu müddəa və şərtlər Azərbaycan dilində tərtib olunub.
14. Bilet sahibi razılaşır ki, Azərbaycanda keçirilən yarışlarla bağlı, biletin istifadəsi və ya tədbirdə iştirakla bağlı meydana çıxan mübahisəni AFFA ilə dostcasına həll etməyə çalışacaq. Əgər bu mümkün olmazsa, mübahisə ilə bağlı Azərbaycanın müvafiq məhkəməsinə müraciət edəcək.
15. Bu müddəa və şərtlərdə ehtiva olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Razıyam